Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub
Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü Qeyd Olunub
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ADAU-nun rektoru Zəfər Qurbanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. ADAU-nun rektoru Zəfər Qurbanov professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibətilə təbrik edib. Rektor bildirib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi üçün geniş imkanlar yaradılır. O, Dövlət İmtahan Mərkəzinin ilkin və ikinci tur ixtisas seçimlərinin nəticələrinə əsasən, ADAU üzrə 2082 plan yerinin tam dolduğunu diqqətə çatdırıb.
Aqrar Sektorun Əhəmiyyəti və Gənclərə Çağırışlar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tələbələri təbrik edərək aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və məşğulluğun artırılmasında mühüm rolunu vurğulayıb. Nazir 2026–2030-cu illər üçün Dövlət Proqramında insan kapitalının inkişafı, müasir mütəxəssislərin hazırlanması, elmi tədqiqat və innovasiyaların gücləndirilməsi ilə bağlı mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib. O, müasir aqrar sektorun texnologiya, süni intellekt, rəqəmsal idarəetmə və biotexnologiyalarla sıx bağlı olduğunu qeyd edərək gəncləri bilik və bacarıqlarını inkişaf etdirməyə, yeni ideyalar irəli sürməyə və Azərbaycanın aqrar inkişafına töhfə verməyə çağırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev təhsilin və gənclərin inkişafının əhəmiyyətini vurğulayıb. Tələbələri Bilik Günü münasibətilə təbrik edərək, onlara yeni tədris ilində uğurlar arzulayıb. Milli Məclisinin deputatı Pərvin Kərimzadə gənclərin ölkənin inkişafında mühüm rol oynadığını qeyd edib. O, tələbələrə bilik və bacarıqlarını inkişaf etdirməyi, ictimai fəallıq göstərməyi tövsiyə edib.
Tədbirin Bədii Hissəsi və Yeni İnfrastruktur
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb. Tələbələrə təhsil həyatında uğurlar və qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıb. ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva və universitet üzrə 573,8 balla ən yüksək nəticə göstərərək "Kompüter mühəndisliyi" ixtisasına qəbul olan Nurlan Məmmədov çıxış ediblər. Sonra nazir Məcnun Məmmədov ADAU tələbəsi adını qazanan şəhid anası Maya Quliyeva ilə görüşüb.
Tədbirin sonunda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib. Nümayəndə heyəti ADAU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı çərçivəsində yaradılmış Azərbaycan İnnovasiya Mərkəzinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə yenidən qurulan ADAU TV studiyasının fəaliyyəti ilə tanış olub. Nazir ADAU TV-yə müsahibə verib.
Ganja Şura
- 15-09-202617:29 Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub
- 15-09-202610:06 Gəncə Məktəblərində 'bilik Günü' Qeyd Olunub
- 14-09-202615:47 Gəncənin Nümayəndə Heyəti Qomelin Daha Bir Neçə Aparıcı Müəssisəsində Olub
- 14-09-202611:08 Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərinin 884-cü İldönümü Tədbirlərində İştirak Edib
- 11-09-202613:22 Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərində Bir Sıra Müəssisələrin Fəaliyyəti İlə Tanış Olub
- 09-09-202617:31 Gəncədə Şəhid Övladlarına Məktəb Ləvazimatları Təqdim Olunub
- 08-09-202616:06 Yap Gəncə Şəhər Təşkilatının Onuncu Hesabat Konfransı Keçirilib
- 03-09-202614:53 Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
- 02-09-202618:07 İcra Başçısı Növbəti Dəfə Səyyar Qəbul Keçirib
- 02-09-202615:24 Niyazi Bayramov Ali Məktəblərə Qəbul İmtahanlarında Yüksək Nəticə Göstərən Gəncə Şəhər Məktəblərinin Məzunları İlə Görüşüb
Diğer Belediye Haberleri
- 15-09-202617:32 Yürüyen Merdivenlere Kapsamlı Revizyon
- 15-09-202617:32 Büyükşehir, Dulkadiroğlu Genç Osman'a Son Dokunuşları Yapıyor
- 15-09-202617:29 Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub
- 15-09-202617:27 Tarihi Kahramanmaraş Kalesi'nin Resmi Açılışına Tüm Vatandaşlar Davet Edildi
- 15-09-202617:27 Şuhut'un Vizyon Projesinde İhaleler Devam Ediyor
- 15-09-202617:23 Tek Çocuk Yuvamız Muratlı'da Fırsat Eşitliğini Büyüten İndirim
- 15-09-202617:23 Prostat Kanseri Farkındalık Günü'ne Özel Program
- 15-09-202617:19 Cop31 Başkanlığı Gençlik İklim Şampiyonu Higgins, Büyükşehir'in Ev Sahipliğinde Konyalı Gençlerle Buluştu
- 15-09-202617:17 Altyapı Yenileme Çalışmaları Hız Kesmiyor…
- 15-09-202617:15 Hbb İle Okullar Rengârenk Oluyor

