Test

Gəncə Məktəblərində Bilik Günü Qeyd Olunub

Bu gün Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbirlər təşkil edilib. Keçirilən tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədbirin Rəsmi Hissəsi

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Tədris İlini Təbrikləri və Tövsiyələr

Tədbirdə edilən çıxışlarda yeni tədris ilinin şagirdlər üçün yeni biliklərə, uğurlara və böyük hədəflərə aparan yolun başlanğıcı olduğu vurğulanıb. Şagirdlərə elm və təhsilə həvəslə yanaşmaq, qarşıya qoyulan məqsədlərə inam və əzmlə addımlamaq tövsiyə olunub. Hər bir uğurun arxasında bilik, zəhmət və əzmin dayandığı xatırladılaraq, yeni tədris ilində yüksək nailiyyətlər qazanılması arzulanıb.

İlk Zəng və Statistika

Çıxışların ardınca 2026–2027-ci tədris ilinin ilk zəngi çalınıb. Verilən məlumata görə, cari tədris ilində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 51 ümumi təhsil məktəbində ümumilikdə 47 059 şagird təhsil alacaq. Bu şagirdlərdən 3 857 nəfəri məhz bu gün ilk dəfə məktəbə qədəm qoyaraq şagird adını qazanıb.

Sosyal medya hesaplarımızı takip edin

Yorum Yap