Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
Sağlam Həyat Tərzinin Təşviqi Layihəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri keçirilib. Tədbir 03 sentyabr 2026 tarixində baş tutub.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ali və ümumtəhsil müəssisələrinin, QHT-lərin, mütəxəssislərin, gənclərin və könüllülərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Edilən Çıxışlar
“Ekoloji Renesans” İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin ətraf mühitin qorunması, iqlim dəyişmələri, su ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi ilə sıx bağlı olduğunu bildirib və bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən qonaqlar ekoloji maarifləndirmənin, gənclərin ekoloji təşəbbüslərə və könüllülük fəaliyyətinə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri və qarşıda duran fəaliyyətlər barədə məlumat verib.
Fikir Mübadiləsi və Qarşıdakı Planlar
Daha sonra sağlam həyat tərzi, ekoloji məsuliyyət, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, eləcə də gənclərin ekoloji təşəbbüslərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Layihə çərçivəsində 3 ali təhsil müəssisəsi və 3 ümumtəhsil məktəbində 6 maarifləndirici təlimin keçirilməsi, 100 ağacın əkilməsi və 250 nəfərin iştirakı ilə Yaşıllıq Forumunun təşkili nəzərdə tutulur. Forumda layihənin nəticələri, Gəncənin aktual ekoloji məsələləri və gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.
Ganja Şura
- 15-09-202617:29 Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub
- 15-09-202610:06 Gəncə Məktəblərində 'bilik Günü' Qeyd Olunub
- 14-09-202615:47 Gəncənin Nümayəndə Heyəti Qomelin Daha Bir Neçə Aparıcı Müəssisəsində Olub
- 14-09-202611:08 Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərinin 884-cü İldönümü Tədbirlərində İştirak Edib
- 11-09-202613:22 Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərində Bir Sıra Müəssisələrin Fəaliyyəti İlə Tanış Olub
- 09-09-202617:31 Gəncədə Şəhid Övladlarına Məktəb Ləvazimatları Təqdim Olunub
- 08-09-202616:06 Yap Gəncə Şəhər Təşkilatının Onuncu Hesabat Konfransı Keçirilib
- 03-09-202614:53 Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
- 02-09-202618:07 İcra Başçısı Növbəti Dəfə Səyyar Qəbul Keçirib
- 02-09-202615:24 Niyazi Bayramov Ali Məktəblərə Qəbul İmtahanlarında Yüksək Nəticə Göstərən Gəncə Şəhər Məktəblərinin Məzunları İlə Görüşüb
Diğer Belediye Haberleri
- 15-09-202617:47 Düğün Daveti
- 15-09-202617:32 Yürüyen Merdivenlere Kapsamlı Revizyon
- 15-09-202617:32 Büyükşehir, Dulkadiroğlu Genç Osman'a Son Dokunuşları Yapıyor
- 15-09-202617:29 Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub
- 15-09-202617:27 Tarihi Kahramanmaraş Kalesi'nin Resmi Açılışına Tüm Vatandaşlar Davet Edildi
- 15-09-202617:27 Şuhut'un Vizyon Projesinde İhaleler Devam Ediyor
- 15-09-202617:23 Tek Çocuk Yuvamız Muratlı'da Fırsat Eşitliğini Büyüten İndirim
- 15-09-202617:23 Prostat Kanseri Farkındalık Günü'ne Özel Program
- 15-09-202617:19 Cop31 Başkanlığı Gençlik İklim Şampiyonu Higgins, Büyükşehir'in Ev Sahipliğinde Konyalı Gençlerle Buluştu
- 15-09-202617:17 Altyapı Yenileme Çalışmaları Hız Kesmiyor…

